Warning: Trying to access array offset on value of type bool in /customers/c/0/b/nayo.no/httpd.www/wp-content/plugins/wpml-sticky-links/classes/class-wpml-sticky-links.php on line 58 Warning: Trying to access array offset on value of type bool in /customers/c/0/b/nayo.no/httpd.www/wp-content/plugins/wpml-sticky-links/classes/class-wpml-sticky-links.php on line 61 Warning: Cannot modify header information - headers already sent by (output started at /customers/c/0/b/nayo.no/httpd.www/wp-content/plugins/wpml-sticky-links/classes/class-wpml-sticky-links.php:58) in /customers/c/0/b/nayo.no/httpd.www/wp-includes/feed-rss2.php on line 8 NAYO https://www.nayo.no/az/ Norwegian Azerbaijanis' Youth Organization Mon, 26 Nov 2018 16:29:11 +0000 az-AZ hourly 1 https://wordpress.org/?v=5.8.9 https://www.nayo.no/wp-content/uploads/2018/04/cropped-Logo-til-NAYO-32x32.jpg NAYO https://www.nayo.no/az/ 32 32 Iki dahi şəxsin adının əbədiləşməsində sənin də payın olsun! https://www.nayo.no/az/2018/11/26/iki-dahi-s%c9%99xsin-adinin-%c9%99b%c9%99dil%c9%99sm%c9%99sind%c9%99-s%c9%99ni-d%c9%99-payin-olsun/ https://www.nayo.no/az/2018/11/26/iki-dahi-s%c9%99xsin-adinin-%c9%99b%c9%99dil%c9%99sm%c9%99sind%c9%99-s%c9%99ni-d%c9%99-payin-olsun/#respond Mon, 26 Nov 2018 11:23:35 +0000 https://www.nayo.no/?p=1226 İKİ DAHİ ŞƏXSİYYƏTİN ADININ ƏBƏDİLƏŞMƏSİNDƏ SƏNİN DƏ PAYIN OLSUN! BUNUN ÜÇÜN ÇOX AZ VAXTIN ( NOYABRIN 30-DƏK) VAR! Rusiyada 45 hava limanına ölkənin dahi şəxsiyyətlərinin adlarının verilməsi ilə əlaqədar konkurs elan edilib. Bu konkursda Rusiyanın tarixində həyati əhəmiyyətli rol oynamış iki nəfərin Fərman Salmanov və Sabit Orucovun da adları daxil edilib. Konkurs noyabrın 30-da bitir. Səs vermə çox sadədir: ya ... Read More

The post Iki dahi şəxsin adının əbədiləşməsində sənin də payın olsun! appeared first on NAYO.

]]>
İKİ DAHİ ŞƏXSİYYƏTİN ADININ ƏBƏDİLƏŞMƏSİNDƏ SƏNİN DƏ PAYIN OLSUN! BUNUN ÜÇÜN ÇOX AZ VAXTIN ( NOYABRIN 30-DƏK) VAR!

Rusiyada 45 hava limanına ölkənin dahi şəxsiyyətlərinin adlarının verilməsi ilə əlaqədar konkurs elan edilib. Bu konkursda Rusiyanın tarixində həyati əhəmiyyətli rol oynamış iki nəfərin Fərman Salmanov və Sabit Orucovun da adları daxil edilib. Konkurs noyabrın 30-da bitir.
Səs vermə çox sadədir: ya iki sosial şəbəkə ya da ki Rusya nömrəsi olanlar isə sms vasitəsilə verə bilərlər. Rus nömrəsi olmayanlar belə iki sosial şəbəkədən 1-2 dəqiqə ərzində qeydiyyatdan keçə və səsvermədə iştirak edə bilərlər.Bir şəxs yalnız bir səs verə bilir.
Bu səsverməyə daha çox şəxs cəlb etmək üçün bunu virtual və real həyatda da təbliğ etməyiniz çox yaxşı olardı. yalnız bu elan oxumaqla deyil eyni zamanda buna səs vermək və digərlərini buna cəlb etməklə tövhə verə bilərsiniz. Bu yalnız 2-3 dəqiqə vaxt apatacaq lakin iki dahi şəxsiyyətin adı əbədiləşəcək.

Sabit Orucovun adı Novıy-Urenqoy (qeyri rəsmi olaraq Rusyanın qaz paytaxtı adlanır) şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını seçib səs verə və bu aeroportda onun adını əbədiləşdirə bilərsiniz.
https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/noviyurengoy

Fərman Salmanovun adı Nijnevartovsk şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını seçib səs verə və bu aeroportda onun adını əbədiləşdirə bilərsiniz.
https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/nignevartovsk

The post Iki dahi şəxsin adının əbədiləşməsində sənin də payın olsun! appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/11/26/iki-dahi-s%c9%99xsin-adinin-%c9%99b%c9%99dil%c9%99sm%c9%99sind%c9%99-s%c9%99ni-d%c9%99-payin-olsun/feed/ 0
NAYO ilə Suleiman & Co advokatfirması arasında əməkdaşlıq! NAYO üzvləri üçün ekskluziv təkliflər! https://www.nayo.no/az/2018/10/23/samarbeid-mellom-nayo-og-advokatfirmaet-suleiman-co-eksklusive-tilbud-for-nayo-medlemmer/ https://www.nayo.no/az/2018/10/23/samarbeid-mellom-nayo-og-advokatfirmaet-suleiman-co-eksklusive-tilbud-for-nayo-medlemmer/#respond Tue, 23 Oct 2018 13:42:00 +0000 https://www.nayo.no/2018/10/23/samarbeid-mellom-nayo-og-advokatfirmaet-suleiman-co-eksklusive-tilbud-for-nayo-medlemmer/ Hörmətli NAYO üzvləri, NAYO Suleiman & Co hüquq firması ilə səmərəli əməkdaşlıq müqaviləsi imza atmışdır. Şirkətin əmək, ailə, müqavilə, sosial təminat, sığınacaq, uşaqların müdafiəsi, mənzil və icarə hüququ, mülkiyyət hüququ, sığorta qanunvericiliyi, pul iddiaları, cinayət hüququ, korporativ və immiqrasiya hüququ sahəsində böyük təcrübəsi var. Şirkət həmçinin bu sadalanan sahələrin xaricində də məsələlərə baxır. Suleiman & Co-nun özəlliyi isə onların vəkillərinin ... Read More

The post NAYO ilə Suleiman & Co advokatfirması arasında əməkdaşlıq! NAYO üzvləri üçün ekskluziv təkliflər! appeared first on NAYO.

]]>
Hörmətli NAYO üzvləri,

NAYO Suleiman & Co hüquq firması ilə səmərəli əməkdaşlıq müqaviləsi imza atmışdır. Şirkətin əmək, ailə, müqavilə, sosial təminat, sığınacaq, uşaqların müdafiəsi, mənzil və icarə hüququ, mülkiyyət hüququ, sığorta qanunvericiliyi, pul iddiaları, cinayət hüququ, korporativ və immiqrasiya hüququ sahəsində böyük təcrübəsi var. Şirkət həmçinin bu sadalanan sahələrin xaricində də məsələlərə baxır. Suleiman & Co-nun özəlliyi isə onların vəkillərinin norveç, ingilis, rus, fars və türk dillərində sərbəst danışmasıdır, və bu isə sizə doğma dilinizdə hüquqi yardım deməkdir! Suleiman & Co hüquq firmasının Oslo, Drammen, Sarpsborg, Bergen və Stavanger şəhərlərində ofisləri var.

Bu əməkdaşlıq sayəsində NAYO üzvləri çoxsaylı faydalar əldə etmək şansınızı qazanmış oldular. Üstünlüklərimizə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

  1. Pulsuz hüquqi yardım şərtlərinə (mülkiyyətiniz 100 000-dən aşağı olmaqla əgər gəliriniz 20 000,- (tək və ya subay adamlar) və ya toplam 30 750,- (ailəli üzvlər) krondan aşağı olduqda) cavab verən şəxslərə pulsuz hüquqi yardım təklifi.
  2. Təşkilat üzvlərinə adi hüquq xidmətlərinə 20% – 50% endirim.
  3. 30 dəqiqə (müstəsna hallarda 1 saata qədər), telefon və ya fiziki görüşdə bütün növ hüquqi zəmin yaradan məsələlərin pulsuz qiymətləndirilməsi.
  4. Çevik hüquqi yardım. Ən geci növbəti günə sizə görüş zəmanəti.Biz hələ qurtarmamışıq! Suleiman & Co həmçinin bizim ixtisaslı tələbələrə / gənclərə internatura / iş təlimləri təklif edə bilər! İxtisaslı hüquqşünas, ofis meneceri, mühasib, marketinq və katib İT-mütəxəssisləri şirkətdə iş təcrübəsi qazana bilərlər. İş yerləri inteqrasiya arenasıdır!

Siz hələ NAYO üzvü deyilsiniz? Onda BURA tıklayın 😉 Üzvlüyünü 2018-ci ildə yeniləmək istəyirsiniz (Üzvlük haqqı bir təqvim ili üzrə ödənilir və hər il ödənilməlidir)? Onda BUNU oxuyun və ya sadəcə 50,- kr 10 69 59 nömrəsinə vipps ilə göndərin. Təşəkkür edirik!

The post NAYO ilə Suleiman & Co advokatfirması arasında əməkdaşlıq! NAYO üzvləri üçün ekskluziv təkliflər! appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/10/23/samarbeid-mellom-nayo-og-advokatfirmaet-suleiman-co-eksklusive-tilbud-for-nayo-medlemmer/feed/ 0
2018-ci ili NAYO-nun İllik Toplantısına dəvət https://www.nayo.no/az/2018/09/21/2018-ci-ili-nayo-nun-illik-toplantisina-d%c9%99v%c9%99t/ https://www.nayo.no/az/2018/09/21/2018-ci-ili-nayo-nun-illik-toplantisina-d%c9%99v%c9%99t/#respond Fri, 21 Sep 2018 18:05:13 +0000 https://www.nayo.no/?p=1126 Bütün üzvlərimizi 2018-ci İllik Toplantımıza dəvət edirik! İllik Toplantı NAYO-nun ən ali qanunverici orqanıdır və ildə bir dəfə keçirilir. Nə zaman: 24 noyabr, 13:00-17:00 Harada: Drøbakgata 1, 4863 Oslo (SAIFF) Toplantı sənədləri: http://bit.ly/2QIbMij Qeydiyyat: http://bit.ly/2QQ0hFy  Facebook: http://bit.ly/2psU2uR Gündəliyə dəyişikliklər ən geci toplantı tarixindən ən geci 3 (üç) həftə öncə olmaqla (10 noyabr) contact@nayo.no ünvanına göndərilməlidir. Dəyişiklik olduğu təqdirdə isə yenilənmiş sənədlər ən geci toplantı tarixinə ... Read More

The post 2018-ci ili NAYO-nun İllik Toplantısına dəvət appeared first on NAYO.

]]>
Bütün üzvlərimizi 2018-ci İllik Toplantımıza dəvət edirik! İllik Toplantı NAYO-nun ən ali qanunverici orqanıdır və ildə bir dəfə keçirilir.

Nə zaman: 24 noyabr, 13:00-17:00

Harada: Drøbakgata 1, 4863 Oslo (SAIFF)

Toplantı sənədlərihttp://bit.ly/2QIbMij

Qeydiyyathttp://bit.ly/2QQ0hFy 

Facebookhttp://bit.ly/2psU2uR

Gündəliyə dəyişikliklər ən geci toplantı tarixindən ən geci 3 (üç) həftə öncə olmaqla (10 noyabr) contact@nayo.no ünvanına göndərilməlidir. Dəyişiklik olduğu təqdirdə isə yenilənmiş sənədlər ən geci toplantı tarixinə 2 (iki) həftə qalmışa qədər toplantı iştirakçılarına göndəriləcək.

Yemək sifarişi ilə əlaqədar toplantıda iştirak üçün qeydiyyat məcburidir. Qeydiyyat üçün son tarix 18 noyabr. Fizikən iclasda iştirak edə bilməyənlər üçün skype və ya google hangout ilə qoşulmaq imkanı olacaq. Görüşmək üzərə!

The post 2018-ci ili NAYO-nun İllik Toplantısına dəvət appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/09/21/2018-ci-ili-nayo-nun-illik-toplantisina-d%c9%99v%c9%99t/feed/ 0
Azərbaycnalı tələbələr Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak ediblər https://www.nayo.no/az/2018/08/03/az%c9%99rbaycnali-t%c9%99l%c9%99b%c9%99l%c9%99r-oslo-universitetinin-beyn%c9%99lxalq-yay-m%c9%99kt%c9%99bind%c9%99-istirak-edibl%c9%99r/ https://www.nayo.no/az/2018/08/03/az%c9%99rbaycnali-t%c9%99l%c9%99b%c9%99l%c9%99r-oslo-universitetinin-beyn%c9%99lxalq-yay-m%c9%99kt%c9%99bind%c9%99-istirak-edibl%c9%99r/#respond Fri, 03 Aug 2018 14:57:25 +0000 https://www.nayo.no/?p=1096 Hər yay Azərbaycanlı tələbələrdən ibarət nümayəndə heyəti Osloya məşhur yay məktəbində iştirak etmək üçün təşrif buyururlar. Sevindirici haldır ki, bu il də istisna olmadı. Düşünürük ki, Norveç təcrübəsinin öyrənilməsi və daha sonra Azərbaycanda bölüşülməsi gənc tələbələrimiz üçün əla fürsətdir. Tələbələrimiz Oslo Universitetində tədris olunan maraqlarına uyğun müxtəlif kurslar götürmək imkanı əldə etmişlər. Beynəlxalq Yay Məktəbinin bizim üçün əhəmiyyəti bir neçə ... Read More

The post Azərbaycnalı tələbələr Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak ediblər appeared first on NAYO.

]]>
Hər yay Azərbaycanlı tələbələrdən ibarət nümayəndə heyəti Osloya məşhur yay məktəbində iştirak etmək üçün təşrif buyururlar. Sevindirici haldır ki, bu il də istisna olmadı. Düşünürük ki, Norveç təcrübəsinin öyrənilməsi və daha sonra Azərbaycanda bölüşülməsi gənc tələbələrimiz üçün əla fürsətdir. Tələbələrimiz Oslo Universitetində tədris olunan maraqlarına uyğun müxtəlif kurslar götürmək imkanı əldə etmişlər. Beynəlxalq Yay Məktəbinin bizim üçün əhəmiyyəti bir neçə il öncə tələbə mübadiləsinin kəskin azalmasına səbəb olan Quota proqramının Azərbaycanlı tələbələr üçün dayandırılmasından sonra daha da artmışdır.

Beynəlxalq Yay Məktəbinin zirvəsi sayılan beynəlxalq mədəniyyət gecəsi bu il 27 iyul tarixində keçirildi. NAYO-nun dəstəyi ilə Sevil Abbaslizadə, Mirmehdi Ağazadə, Aydan Süleymanzadə, Ülkər Əliyeva və Cananə Əhmədlinin rəhbərliyi ilə nümayəndə heyətimiz (Əməkdaşlığa görə hər birinə xüsusi təşəkkürümüzü bildiririk) Azərbaycana aid stend qurmuş və milli mətbəximizdən nümunələri qonaqlara və yay məktəb iştirakçılarına təqdim etmişlər. Əsil komanda işi və qətiyyətin nəticəsi idi ki onlarla ölkənin iştirak etdiyi tədbirdə ən uzun növbələrdən biri məhz Azərbaycan sərgisində oldu! 😉 Tədbir daha sonra musiqi və rəqslə davam etmişdir.

Biz bütün tələbələrimizə təhsillərində uğurlar arzu edir və növbəti ildə də yeni tələbələri səbirsizliklə gözləyirik. Beynəlxalq mədəniyyət gecəsindən çəkdiyimiz fotolardan ibarət slaydşounu isə sizə təqdim edirik (Slaydşou işləmədiyi təqdirdə şəkilin üzərinə tıklayın):

International Cultural Evening at University of Oslo. 27/07/2018, Oslo, Norway

The post Azərbaycnalı tələbələr Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak ediblər appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/08/03/az%c9%99rbaycnali-t%c9%99l%c9%99b%c9%99l%c9%99r-oslo-universitetinin-beyn%c9%99lxalq-yay-m%c9%99kt%c9%99bind%c9%99-istirak-edibl%c9%99r/feed/ 0
NAYO ilə birlikdə yay fürsətləri! https://www.nayo.no/az/2018/08/02/nayo-il%c9%99-birlikd%c9%99-yay-furs%c9%99tl%c9%99ri/ https://www.nayo.no/az/2018/08/02/nayo-il%c9%99-birlikd%c9%99-yay-furs%c9%99tl%c9%99ri/#respond Thu, 02 Aug 2018 15:34:53 +0000 https://www.nayo.no/?p=1064 LNU – Norveç Uşaq və Gənclər Şurası və Müxtəliflik və İnteqrasiya Birliyinin dəstəyi ilə NAYO “Aktiv yay” layihəsinə davam edir. Bu səbəblə bütün üzvlərimizi, tərəfda. təşkilatlarımızı maraqlı yay tədbirlərimizə dəvət edirik. Yerlər məhduddur, tələsin! – 8 avqust, Bogstad Besøksgård-a səyahət (Ətraflı: https://bogstad.no/ ). Qeydiyyat: https://nayo.typeform.com/to/e8CJLs  – 19 avqust, go-kart turniri (Ətraflı: https://hhk.no/ ). Qeydiyyat: https://nayo.typeform.com/to/w74ZDA – 26 avqust, Oslo yay parkına səyahət (Ətraflı: ... Read More

The post NAYO ilə birlikdə yay fürsətləri! appeared first on NAYO.

]]>
LNU – Norveç Uşaq və Gənclər Şurası və Müxtəliflik və İnteqrasiya Birliyinin dəstəyi ilə NAYO “Aktiv yay” layihəsinə davam edir. Bu səbəblə bütün üzvlərimizi, tərəfda. təşkilatlarımızı maraqlı yay tədbirlərimizə dəvət edirik. Yerlər məhduddur, tələsin!

– 8 avqust, Bogstad Besøksgård-a səyahət (Ətraflı: https://bogstad.no/ ). Qeydiyyat: https://nayo.typeform.com/to/e8CJLs 

– 19 avqust, go-kart turniri (Ətraflı: https://hhk.no/ ). Qeydiyyat: https://nayo.typeform.com/to/w74ZDA

– 26 avqust, Oslo yay parkına səyahət (Ətraflı: http://www.oslosommerpark.no/ ). Qeydiyyat: https://nayo.typeform.com/to/pxRcQZ

– 2 sentyabr, Təcrübəli tur rəhbərləri ilə meşədə göbələk yığımı! Qeydiyyat: https://nayo.typeform.com/to/vdgE15

– 8 sentyabr, balıqtutma turu. Osloda hələ də balıqtutma keyfini çıxarmamısan? Bu fürsəti əldən vermə! Qeydiyyat: https://nayo.typeform.com/to/UBVSit

2018-ci il üzvlük haqqını ödəmiş NAYO üzvləri üçün tədbirlər pulsuzdur. Tərəfdaş təşkilatların hər birinə hər tədbirdə maksimum 4 yer veriləcək. Həmişəki kimi uşaq və 26 yaşdan aşağı gənclərə üstünlük veriləcək. Valideynlər həmçinin öz ovladları xoş buyururlar. Qeydiyyat üçün son tarix tədbirlərə bir gün / 24 saat qalmışa kimidir. Qeydiyyat fərdi qaydada aparılır.

Facebook-tədbiri: https://www.facebook.com/events/224133551773948/

NAYO-a necə üzv olmaq barədə düşünürsən? Onda bu linki yoxla: https://www.nayo.no/support-us/

The post NAYO ilə birlikdə yay fürsətləri! appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/08/02/nayo-il%c9%99-birlikd%c9%99-yay-furs%c9%99tl%c9%99ri/feed/ 0
Təbiət qoynunda Cumhuriyyət günü https://www.nayo.no/az/2018/05/26/t%c9%99bi%c9%99t-qoynunda-cumhuriyy%c9%99t-gunu/ https://www.nayo.no/az/2018/05/26/t%c9%99bi%c9%99t-qoynunda-cumhuriyy%c9%99t-gunu/#respond Sat, 26 May 2018 11:30:17 +0000 https://www.nayo.no/?p=948 Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından 100 illik ildönümü ilə bağlı tədbirimizə bir gün qaldı! Sabah 27 may saat 11-dən etibarən bütün Azərbaycanlıları və həmçinin xarici dostlarınızı Sognsvann ətrafında, təbiət qoynunda şənliyə dəvət edirik. Dostlarınızı, həmvətənlərimizi dəvət etməyi unutmayın: Facebook-event: https://www.facebook.com/events/646237342383826/ DIQQƏT! Tədbirə son onda dəyişiklik etməli olacağıq. İstilərlə bağlı Oslo Bələdiyyəsi bir neçə gün öncə açıq ictimai ərazilərdə hər növ açıq ... Read More

The post Təbiət qoynunda Cumhuriyyət günü appeared first on NAYO.

]]>
Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasından 100 illik ildönümü ilə bağlı tədbirimizə bir gün qaldı! Sabah 27 may saat 11-dən etibarən bütün Azərbaycanlıları və həmçinin xarici dostlarınızı Sognsvann ətrafında, təbiət qoynunda şənliyə dəvət edirik. Dostlarınızı, həmvətənlərimizi dəvət etməyi unutmayın:
Facebook-event: https://www.facebook.com/events/646237342383826/

DIQQƏT! Tədbirə son onda dəyişiklik etməli olacağıq. İstilərlə bağlı Oslo Bələdiyyəsi bir neçə gün öncə açıq ictimai ərazilərdə hər növ açıq alova qadağa qoymuşdur. Bu səbəbdən qril olunası yeməklər, qaynadılacaq su əvvəlcədən hazırlanılıb gətirilməlidir:
https://www.oslo.kommune.no/brannvern-ildsted-og-feiing/bal-og-grill/#gref

Əgər iştirakdan əlavə hər hansı bir yolla tədbirə öz töhfənizi vermək istəyirsinizsə, burada adınızı qeyd etməyi unutmayın:
https://docs.google.com/spreadsheets/d/1MBGIoc9GejFy-l-ByNifa6i61QXEHX4HkSz4h9rgprk/edit#gid=0

The post Təbiət qoynunda Cumhuriyyət günü appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/05/26/t%c9%99bi%c9%99t-qoynunda-cumhuriyy%c9%99t-gunu/feed/ 0
NAYO Ukraynada səfərdə! https://www.nayo.no/az/2018/04/26/nayo-ukraynada-s%c9%99f%c9%99rd%c9%99/ https://www.nayo.no/az/2018/04/26/nayo-ukraynada-s%c9%99f%c9%99rd%c9%99/#respond Thu, 26 Apr 2018 10:16:01 +0000 https://www.nayo.no/?p=897 13-17 aprel 2018-ci ildə Norveç uşaq və gənclər təşkilatlarından ibarət nümayəndə heyəti vətəndaş cəmiyyətini tanımaq və yeni tərəfdaşlar tapmaq üçün Ukraynaya səfər etdi. Sevindirici haldır ki, baş katibimiz Əlizamin Cəfərli NAYO adından bu səfərə qoşulmuşdu. Qeyd etməliyik ki, bütün çətinliklərə baxmayaraq, Ukraynalı gənclər və QHT-lərin qətiyyət və fəaliyyəti bizi çox təəccübləndirdi! Beş gün ərzində çox sayda Ukraynalı vətəndaş cəmiyyəti nümayəndələri ilə ... Read More

The post NAYO Ukraynada səfərdə! appeared first on NAYO.

]]>
13-17 aprel 2018-ci ildə Norveç uşaq və gənclər təşkilatlarından ibarət nümayəndə heyəti vətəndaş cəmiyyətini tanımaq və yeni tərəfdaşlar tapmaq üçün Ukraynaya səfər etdi. Sevindirici haldır ki, baş katibimiz Əlizamin Cəfərli NAYO adından bu səfərə qoşulmuşdu. Qeyd etməliyik ki, bütün çətinliklərə baxmayaraq, Ukraynalı gənclər və QHT-lərin qətiyyət və fəaliyyəti bizi çox təəccübləndirdi! Beş gün ərzində çox sayda Ukraynalı vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdük. Kiyevdə Norveç Krallığının Ukraynadakı səfirliyi, Norveç Helsinki Komitəsi, Ukrayna Milli Gənclər Şurası – NYCU, Ukrayna Milli Uşaqlar Şurası, Go Global, Həmrəy Gənclik, İslahatlar Reanimasiya Paketi, Demokratik Gənclər Alyansı və parlament üzvü cənab Serhiy Leşçenko, Avropa Birliyinin Ukraynadakı nümayəndəliyi və cənab Jurgis Vilcinskas tərəfindən bizə göstərilən qonaqpərvərliyə görə öz təşəkkürümüzü bildiririk.

Bundan əlavə, NAYO SAMU – Ukrayna Azərbaycanlı Gənclər Birliyi ilə görüşlərindən xüsusilə məmnun qaldı. NAYO-nun baş katibi Əlizamin Cəfərli sədr İlhamə Allahverdiyeva və gənc liderlər Orxan Səfərov və Könül Əliyeva ilə yaxın gələcəkdə əməkdaşlıq imkanlarını müzakirə etdi. Sonda iki tərəf arasında əməkdaşlıq müqaviləsinin imzalanması qərara alındı.

Səyahət yüzdən artıq Norveçli uşaq və gənclər təşkilatlarını özündə birləşdirən LNU – Norveç Uşaq və Gənclər Şurası tərəfindən təşkil olunmuşdu. Sonda, layihə liderləri Erik Scheriner Evans və Hilde Sandvær və gözəl Norveç nümayəndə heyətimizə bu gözəl təcrübə üçün təşəkkür edirik. NAYO Norveçli gəncləri LNU-nun təkliflərindən istifadə etməyə həvəsləndirir və lazım olarsa məsləhətləşmələrlə yardım etməyə hazırdır.

 

 

 

 

 

 

 

 


The post NAYO Ukraynada səfərdə! appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/04/26/nayo-ukraynada-s%c9%99f%c9%99rd%c9%99/feed/ 0
NAYO nümayəndəsi LNU-nun İdarə Heyətində https://www.nayo.no/az/2018/04/26/nayo-numay%c9%99nd%c9%99si-lnu-nun-idar%c9%99-hey%c9%99tind%c9%99/ https://www.nayo.no/az/2018/04/26/nayo-numay%c9%99nd%c9%99si-lnu-nun-idar%c9%99-hey%c9%99tind%c9%99/#respond Thu, 26 Apr 2018 10:15:53 +0000 https://www.nayo.no/?p=920 Uşaq və Gənclər Assambleyası (BUT) LNU – Norveç Uşaq və Gənclər Təşkilatları Şurasının ən ali qanunverici orqanı olmaqla yanaşı, bütün üzv təşkilatlar üçün görüş yeridir. BUT18 20 və 21 aprel tarixlərində Sundvollendə keçirilmişdi və bir qayda olaraq, bütün LNU üzv təşkilatları maksimum iki nümayəndə ilə iştirak edə bilərdilər. 2018-ci il Uşaq və Gənclər Assambleyasında daha yaxşı fəaliyyət çərçivəsi, təhlükəsiz təşkilatlar ... Read More

The post NAYO nümayəndəsi LNU-nun İdarə Heyətində appeared first on NAYO.

]]>
Uşaq və Gənclər Assambleyası (BUT) LNU – Norveç Uşaq və Gənclər Təşkilatları Şurasının ən ali qanunverici orqanı olmaqla yanaşı, bütün üzv təşkilatlar üçün görüş yeridir. BUT18 20 və 21 aprel tarixlərində Sundvollendə keçirilmişdi və bir qayda olaraq, bütün LNU üzv təşkilatları maksimum iki nümayəndə ilə iştirak edə bilərdilər.

2018-ci il Uşaq və Gənclər Assambleyasında daha yaxşı fəaliyyət çərçivəsi, təhlükəsiz təşkilatlar və sülh proseslərində gənclərin iştirakı kimi mövzular müzakirə olundu. Lakin BUT18 NAYO üçün xüsusi tarixi  hadisə oldu. Tariximizdə ilk dəfə NAYO-nun nümayəndəsi Əlizamin Cəfərli LNU İdarə Heyətinə seçildi! Qeyd edək ki, bu ilin mart ayında NAYO-nun digər nümayəndəsi Aysu Acar Oslo şəhərindəki 50-dən çox təşkilat üçün əhəmiyyətli platforma olan UngOrg – Oslo Uşaq və Gənclər Təşkilatları Şurasının idarə heyətinə üzvü seçilmişdi. Təbrik edirik, NAYO!

LNU-nun yeni İdarə Heyəti. Soldan: Ann Helen Skaanes, Svend Aspaas, Tor-Martin Torbergsen, Simon Skjerven, Alizamin Jafarli, Anges Skagermo, Benjamin Skiaker Mystad və Hilde Sandvær. Öndə: Sədr Rode Hegstad. Isa Isene, Hedda Gudim və  Magnus S. Strømseth foto çəkilişində iştirak etməyiblər. Foto: Jarand Ullestad/LNU.

The post NAYO nümayəndəsi LNU-nun İdarə Heyətində appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/04/26/nayo-numay%c9%99nd%c9%99si-lnu-nun-idar%c9%99-hey%c9%99tind%c9%99/feed/ 0
Holmenkollstafeti 2018 https://www.nayo.no/az/2018/04/12/holmenkollstafeti-2018/ https://www.nayo.no/az/2018/04/12/holmenkollstafeti-2018/#respond Thu, 12 Apr 2018 12:20:23 +0000 https://www.nayo.no/2018/04/12/holmenkollstafeti-2018/ Salamlar! Norveçə yaz gəlir və idmanla məşğul olmaq üçün ən gözəl zamandır! NAYO Holmenkollenstafetten 2018-də ilk dəfə iştirak etmək niyyətindədir. Həyəcanlıyıq və komandamıza idmançılar axtarırıq. Bu Oslonun ən məşhur idman tədbirlərindən biridir. Yalnız ildə bir dəfə tələsin! Yerlərimiz məhduddur! powered by Typeform      

The post Holmenkollstafeti 2018 appeared first on NAYO.

]]>
Salamlar!

Norveçə yaz gəlir və idmanla məşğul olmaq üçün ən gözəl zamandır! NAYO Holmenkollenstafetten 2018-də ilk dəfə iştirak etmək niyyətindədir. Həyəcanlıyıq və komandamıza idmançılar axtarırıq. Bu Oslonun ən məşhur idman tədbirlərindən biridir. Yalnız ildə bir dəfə tələsin! Yerlərimiz məhduddur!

powered by Typeform

 

 

 

The post Holmenkollstafeti 2018 appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/04/12/holmenkollstafeti-2018/feed/ 0
“Beynəlxalq Novruz” festivalı. 18/03/2018, Oslo https://www.nayo.no/az/2018/04/11/beyn%c9%99lxalq-novruz-18-03-2018-oslo/ https://www.nayo.no/az/2018/04/11/beyn%c9%99lxalq-novruz-18-03-2018-oslo/#respond Wed, 11 Apr 2018 17:00:44 +0000 https://www.nayo.no/2018/04/11/beyn%c9%99lxalq-novruz-18-03-2018-oslo/ Novruz “Yeni gün” deməkdir və dünyada 300 milyon insan (Qara dəniz, Balkanlar, Qafqaz, Qərb, Mərkəzi və Cənubi Asiya və İran) tərəfindən qeyd olunan yeni il ənənəsidir. Bayramın kökü minlərlə il əvvələ – Zərdüştlük dininə gedib çıxır və YUNESKO tərəfindən dünyanın qeyri-maddi mədəni irsi kimi qorunur. Norveçdə Novruz bayramını fərqli millətlət ayrı-ayrılıqda qeyd edirdilər. Lakin bu qruplar ilk dəfə NAYO-nun təşəbbüsü ... Read More

The post “Beynəlxalq Novruz” festivalı. 18/03/2018, Oslo appeared first on NAYO.

]]>

Novruz “Yeni gün” deməkdir və dünyada 300 milyon insan (Qara dəniz, Balkanlar, Qafqaz, Qərb, Mərkəzi və Cənubi Asiya və İran) tərəfindən qeyd olunan yeni il ənənəsidir. Bayramın kökü minlərlə il əvvələ – Zərdüştlük dininə gedib çıxır və YUNESKO tərəfindən dünyanın qeyri-maddi mədəni irsi kimi qorunur. Norveçdə Novruz bayramını fərqli millətlət ayrı-ayrılıqda qeyd edirdilər. Lakin bu qruplar ilk dəfə NAYO-nun təşəbbüsü sayəsində bir araya gəldi!

2018-ci il martın 18-də Kosmopolit səhnəsində Azərbaycan, İran, Türkiyə, Özbəkistan kimi müxtəlif millətlərdən 200-ə yaxın qonaq qəbul etdik. Bu həmçinin müxtəlif ölkələrdə Novruz adət-ənənələrini müqayisə etmək üçün böyük imkan idi. Novruz hər bir ölkədə özünəməxsus şəkildədir. Norveç-Türk qadın xoru Alaturka, Nigar Qəhrəmanova, Aşıq Cəfər Cəfərzadə  və Azərbaycanın tanınmış vokalçısı İlham Nəzərov kimi peşəkar musiqiçilərlə yanaşı, gənc istedadlarımız  Edvin Knutsen və Aynaz Mousevi səhnədə Qara Qarayev, Vittorio Monti, Henri Frédéric Schopin, Volfgang Amadeus Mozartın əsərlərini pianoda ifa etdilər. Bizim kiçik üzvümüz Elsayın şeiri ümumiyyətlə tədbirə rəng qatdı.

Festival iştirakçıları Novruz sərgisini ziyafətdə ziyarət edərək Novruz yemək və şirniyyatlarının daddılar. Tədbirdən sonra çox müsbət rəylər aldıq və gələn illərdə bu ənənəni davam etdirməyə davam etdirmək niyyətindəyək. Tədbirdən video və şəkillərə buradan baxa bilərsiniz:

Videohttps://www.youtube.com/channel/UC6eLqNSBg6PK8pTt8DFzMtg?sub_confirmation=1

Şəkilhttps://photos.app.goo.gl/ojboukBMjgdvYWUs2

The post “Beynəlxalq Novruz” festivalı. 18/03/2018, Oslo appeared first on NAYO.

]]>
https://www.nayo.no/az/2018/04/11/beyn%c9%99lxalq-novruz-18-03-2018-oslo/feed/ 0