NAYO ilə Suleiman & Co advokatfirması arasında əməkdaşlıq! NAYO üzvləri üçün ekskluziv təkliflər!

AdminXəbərlər & TədbirlərLeave a Comment

Hörmətli NAYO üzvləri,

NAYO Suleiman & Co hüquq firması ilə səmərəli əməkdaşlıq müqaviləsi imza atmışdır. Şirkətin əmək, ailə, müqavilə, sosial təminat, sığınacaq, uşaqların müdafiəsi, mənzil və icarə hüququ, mülkiyyət hüququ, sığorta qanunvericiliyi, pul iddiaları, cinayət hüququ, korporativ və immiqrasiya hüququ sahəsində böyük təcrübəsi var. Şirkət həmçinin bu sadalanan sahələrin xaricində də məsələlərə baxır. Suleiman & Co-nun özəlliyi isə onların vəkillərinin norveç, ingilis, rus, fars və türk dillərində sərbəst danışmasıdır, və bu isə sizə doğma dilinizdə hüquqi yardım deməkdir! Suleiman & Co hüquq firmasının Oslo, Drammen, Sarpsborg, Bergen və Stavanger şəhərlərində ofisləri var.

Bu əməkdaşlıq sayəsində NAYO üzvləri çoxsaylı faydalar əldə etmək şansınızı qazanmış oldular. Üstünlüklərimizə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:

  1. Pulsuz hüquqi yardım şərtlərinə (mülkiyyətiniz 100 000-dən aşağı olmaqla əgər gəliriniz 20 000,- (tək və ya subay adamlar) və ya toplam 30 750,- (ailəli üzvlər) krondan aşağı olduqda) cavab verən şəxslərə pulsuz hüquqi yardım təklifi.
  2. Təşkilat üzvlərinə adi hüquq xidmətlərinə 20% – 50% endirim.
  3. 30 dəqiqə (müstəsna hallarda 1 saata qədər), telefon və ya fiziki görüşdə bütün növ hüquqi zəmin yaradan məsələlərin pulsuz qiymətləndirilməsi.
  4. Çevik hüquqi yardım. Ən geci növbəti günə sizə görüş zəmanəti.Biz hələ qurtarmamışıq! Suleiman & Co həmçinin bizim ixtisaslı tələbələrə / gənclərə internatura / iş təlimləri təklif edə bilər! İxtisaslı hüquqşünas, ofis meneceri, mühasib, marketinq və katib İT-mütəxəssisləri şirkətdə iş təcrübəsi qazana bilərlər. İş yerləri inteqrasiya arenasıdır!

Siz hələ NAYO üzvü deyilsiniz? Onda BURA tıklayın 😉 Üzvlüyünü 2018-ci ildə yeniləmək istəyirsiniz (Üzvlük haqqı bir təqvim ili üzrə ödənilir və hər il ödənilməlidir)? Onda BUNU oxuyun və ya sadəcə 50,- kr 10 69 59 nömrəsinə vipps ilə göndərin. Təşəkkür edirik!

Please follow and like us: