Warning: The magic method WPML_Absolute_Url_Persisted::__wakeup() must have public visibility in /customers/c/0/b/nayo.no/httpd.www/wp-content/plugins/sitepress-multilingual-cms/classes/url-handling/resolver/wpml-absolute-url-persisted.php on line 30
Warning: Trying to access array offset on value of type bool in /customers/c/0/b/nayo.no/httpd.www/wp-content/plugins/wpml-sticky-links/classes/class-wpml-sticky-links.php on line 58
Warning: Trying to access array offset on value of type bool in /customers/c/0/b/nayo.no/httpd.www/wp-content/plugins/wpml-sticky-links/classes/class-wpml-sticky-links.php on line 61
Warning: Cannot modify header information - headers already sent by (output started at /customers/c/0/b/nayo.no/httpd.www/wp-content/plugins/sitepress-multilingual-cms/classes/url-handling/resolver/wpml-absolute-url-persisted.php:30) in /customers/c/0/b/nayo.no/httpd.www/wp-includes/feed-rss2.php on line 8
The post Iki dahi şəxsin adının əbədiləşməsində sənin də payın olsun! appeared first on NAYO.
]]>Rusiyada 45 hava limanına ölkənin dahi şəxsiyyətlərinin adlarının verilməsi ilə əlaqədar konkurs elan edilib. Bu konkursda Rusiyanın tarixində həyati əhəmiyyətli rol oynamış iki nəfərin Fərman Salmanov və Sabit Orucovun da adları daxil edilib. Konkurs noyabrın 30-da bitir.
Səs vermə çox sadədir: ya iki sosial şəbəkə ya da ki Rusya nömrəsi olanlar isə sms vasitəsilə verə bilərlər. Rus nömrəsi olmayanlar belə iki sosial şəbəkədən 1-2 dəqiqə ərzində qeydiyyatdan keçə və səsvermədə iştirak edə bilərlər.Bir şəxs yalnız bir səs verə bilir.
Bu səsverməyə daha çox şəxs cəlb etmək üçün bunu virtual və real həyatda da təbliğ etməyiniz çox yaxşı olardı. yalnız bu elan oxumaqla deyil eyni zamanda buna səs vermək və digərlərini buna cəlb etməklə tövhə verə bilərsiniz. Bu yalnız 2-3 dəqiqə vaxt apatacaq lakin iki dahi şəxsiyyətin adı əbədiləşəcək.
Sabit Orucovun adı Novıy-Urenqoy (qeyri rəsmi olaraq Rusyanın qaz paytaxtı adlanır) şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını seçib səs verə və bu aeroportda onun adını əbədiləşdirə bilərsiniz.
https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/noviyurengoy
Fərman Salmanovun adı Nijnevartovsk şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını seçib səs verə və bu aeroportda onun adını əbədiləşdirə bilərsiniz.
https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/nignevartovsk
The post Iki dahi şəxsin adının əbədiləşməsində sənin də payın olsun! appeared first on NAYO.
]]>The post NAYO ilə Suleiman & Co advokatfirması arasında əməkdaşlıq! NAYO üzvləri üçün ekskluziv təkliflər! appeared first on NAYO.
]]>NAYO Suleiman & Co hüquq firması ilə səmərəli əməkdaşlıq müqaviləsi imza atmışdır. Şirkətin əmək, ailə, müqavilə, sosial təminat, sığınacaq, uşaqların müdafiəsi, mənzil və icarə hüququ, mülkiyyət hüququ, sığorta qanunvericiliyi, pul iddiaları, cinayət hüququ, korporativ və immiqrasiya hüququ sahəsində böyük təcrübəsi var. Şirkət həmçinin bu sadalanan sahələrin xaricində də məsələlərə baxır. Suleiman & Co-nun özəlliyi isə onların vəkillərinin norveç, ingilis, rus, fars və türk dillərində sərbəst danışmasıdır, və bu isə sizə doğma dilinizdə hüquqi yardım deməkdir! Suleiman & Co hüquq firmasının Oslo, Drammen, Sarpsborg, Bergen və Stavanger şəhərlərində ofisləri var.
Bu əməkdaşlıq sayəsində NAYO üzvləri çoxsaylı faydalar əldə etmək şansınızı qazanmış oldular. Üstünlüklərimizə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:
Siz hələ NAYO üzvü deyilsiniz? Onda BURA tıklayın Üzvlüyünü 2018-ci ildə yeniləmək istəyirsiniz (Üzvlük haqqı bir təqvim ili üzrə ödənilir və hər il ödənilməlidir)? Onda BUNU oxuyun və ya sadəcə 50,- kr 10 69 59 nömrəsinə vipps ilə göndərin. Təşəkkür edirik!
The post NAYO ilə Suleiman & Co advokatfirması arasında əməkdaşlıq! NAYO üzvləri üçün ekskluziv təkliflər! appeared first on NAYO.
]]>The post 2018-ci ili NAYO-nun İllik Toplantısına dəvət appeared first on NAYO.
]]>Nə zaman: 24 noyabr, 13:00-17:00
Harada: Drøbakgata 1, 4863 Oslo (SAIFF)
Toplantı sənədləri: http://bit.ly/2QIbMij
Qeydiyyat: http://bit.ly/2QQ0hFy
Facebook: http://bit.ly/2psU2uR
Gündəliyə dəyişikliklər ən geci toplantı tarixindən ən geci 3 (üç) həftə öncə olmaqla (10 noyabr) contact@nayo.no ünvanına göndərilməlidir. Dəyişiklik olduğu təqdirdə isə yenilənmiş sənədlər ən geci toplantı tarixinə 2 (iki) həftə qalmışa qədər toplantı iştirakçılarına göndəriləcək.
Yemək sifarişi ilə əlaqədar toplantıda iştirak üçün qeydiyyat məcburidir. Qeydiyyat üçün son tarix 18 noyabr. Fizikən iclasda iştirak edə bilməyənlər üçün skype və ya google hangout ilə qoşulmaq imkanı olacaq. Görüşmək üzərə!
The post 2018-ci ili NAYO-nun İllik Toplantısına dəvət appeared first on NAYO.
]]>The post Azərbaycnalı tələbələr Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak ediblər appeared first on NAYO.
]]>Beynəlxalq Yay Məktəbinin zirvəsi sayılan beynəlxalq mədəniyyət gecəsi bu il 27 iyul tarixində keçirildi. NAYO-nun dəstəyi ilə Sevil Abbaslizadə, Mirmehdi Ağazadə, Aydan Süleymanzadə, Ülkər Əliyeva və Cananə Əhmədlinin rəhbərliyi ilə nümayəndə heyətimiz (Əməkdaşlığa görə hər birinə xüsusi təşəkkürümüzü bildiririk) Azərbaycana aid stend qurmuş və milli mətbəximizdən nümunələri qonaqlara və yay məktəb iştirakçılarına təqdim etmişlər. Əsil komanda işi və qətiyyətin nəticəsi idi ki onlarla ölkənin iştirak etdiyi tədbirdə ən uzun növbələrdən biri məhz Azərbaycan sərgisində oldu! Tədbir daha sonra musiqi və rəqslə davam etmişdir.
Biz bütün tələbələrimizə təhsillərində uğurlar arzu edir və növbəti ildə də yeni tələbələri səbirsizliklə gözləyirik. Beynəlxalq mədəniyyət gecəsindən çəkdiyimiz fotolardan ibarət slaydşounu isə sizə təqdim edirik (Slaydşou işləmədiyi təqdirdə şəkilin üzərinə tıklayın):
The post Azərbaycnalı tələbələr Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak ediblər appeared first on NAYO.
]]>The post NAYO ilə birlikdə yay fürsətləri! appeared first on NAYO.
]]>– 8 avqust, Bogstad Besøksgård-a səyahət (Ətraflı: https://bogstad.no/ ). Qeydiyyat: https://nayo.typeform.com/to/e8CJLs
– 19 avqust, go-kart turniri (Ətraflı: https://hhk.no/ ). Qeydiyyat: https://nayo.typeform.com/to/w74ZDA
– 26 avqust, Oslo yay parkına səyahət (Ətraflı: http://www.oslosommerpark.no/ ). Qeydiyyat: https://nayo.typeform.com/to/pxRcQZ
– 2 sentyabr, Təcrübəli tur rəhbərləri ilə meşədə göbələk yığımı! Qeydiyyat: https://nayo.typeform.com/to/vdgE15
– 8 sentyabr, balıqtutma turu. Osloda hələ də balıqtutma keyfini çıxarmamısan? Bu fürsəti əldən vermə! Qeydiyyat: https://nayo.typeform.com/to/UBVSit
2018-ci il üzvlük haqqını ödəmiş NAYO üzvləri üçün tədbirlər pulsuzdur. Tərəfdaş təşkilatların hər birinə hər tədbirdə maksimum 4 yer veriləcək. Həmişəki kimi uşaq və 26 yaşdan aşağı gənclərə üstünlük veriləcək. Valideynlər həmçinin öz ovladları xoş buyururlar. Qeydiyyat üçün son tarix tədbirlərə bir gün / 24 saat qalmışa kimidir. Qeydiyyat fərdi qaydada aparılır.
Facebook-tədbiri: https://www.facebook.com/events/224133551773948/
NAYO-a necə üzv olmaq barədə düşünürsən? Onda bu linki yoxla: https://www.nayo.no/support-us/
The post NAYO ilə birlikdə yay fürsətləri! appeared first on NAYO.
]]>The post Təbiət qoynunda Cumhuriyyət günü appeared first on NAYO.
]]>DIQQƏT! Tədbirə son onda dəyişiklik etməli olacağıq. İstilərlə bağlı Oslo Bələdiyyəsi bir neçə gün öncə açıq ictimai ərazilərdə hər növ açıq alova qadağa qoymuşdur. Bu səbəbdən qril olunası yeməklər, qaynadılacaq su əvvəlcədən hazırlanılıb gətirilməlidir:
https://www.oslo.kommune.no/brannvern-ildsted-og-feiing/bal-og-grill/#gref
Əgər iştirakdan əlavə hər hansı bir yolla tədbirə öz töhfənizi vermək istəyirsinizsə, burada adınızı qeyd etməyi unutmayın:
https://docs.google.com/spreadsheets/d/1MBGIoc9GejFy-l-ByNifa6i61QXEHX4HkSz4h9rgprk/edit#gid=0
The post Təbiət qoynunda Cumhuriyyət günü appeared first on NAYO.
]]>The post NAYO Ukraynada səfərdə! appeared first on NAYO.
]]>Bundan əlavə, NAYO SAMU – Ukrayna Azərbaycanlı Gənclər Birliyi ilə görüşlərindən xüsusilə məmnun qaldı. NAYO-nun baş katibi Əlizamin Cəfərli sədr İlhamə Allahverdiyeva və gənc liderlər Orxan Səfərov və Könül Əliyeva ilə yaxın gələcəkdə əməkdaşlıq imkanlarını müzakirə etdi. Sonda iki tərəf arasında əməkdaşlıq müqaviləsinin imzalanması qərara alındı.
Səyahət yüzdən artıq Norveçli uşaq və gənclər təşkilatlarını özündə birləşdirən LNU – Norveç Uşaq və Gənclər Şurası tərəfindən təşkil olunmuşdu. Sonda, layihə liderləri Erik Scheriner Evans və Hilde Sandvær və gözəl Norveç nümayəndə heyətimizə bu gözəl təcrübə üçün təşəkkür edirik. NAYO Norveçli gəncləri LNU-nun təkliflərindən istifadə etməyə həvəsləndirir və lazım olarsa məsləhətləşmələrlə yardım etməyə hazırdır.
The post NAYO Ukraynada səfərdə! appeared first on NAYO.
]]>The post NAYO nümayəndəsi LNU-nun İdarə Heyətində appeared first on NAYO.
]]>2018-ci il Uşaq və Gənclər Assambleyasında daha yaxşı fəaliyyət çərçivəsi, təhlükəsiz təşkilatlar və sülh proseslərində gənclərin iştirakı kimi mövzular müzakirə olundu. Lakin BUT18 NAYO üçün xüsusi tarixi hadisə oldu. Tariximizdə ilk dəfə NAYO-nun nümayəndəsi Əlizamin Cəfərli LNU İdarə Heyətinə seçildi! Qeyd edək ki, bu ilin mart ayında NAYO-nun digər nümayəndəsi Aysu Acar Oslo şəhərindəki 50-dən çox təşkilat üçün əhəmiyyətli platforma olan UngOrg – Oslo Uşaq və Gənclər Təşkilatları Şurasının idarə heyətinə üzvü seçilmişdi. Təbrik edirik, NAYO!
LNU-nun yeni İdarə Heyəti. Soldan: Ann Helen Skaanes, Svend Aspaas, Tor-Martin Torbergsen, Simon Skjerven, Alizamin Jafarli, Anges Skagermo, Benjamin Skiaker Mystad və Hilde Sandvær. Öndə: Sədr Rode Hegstad. Isa Isene, Hedda Gudim və Magnus S. Strømseth foto çəkilişində iştirak etməyiblər. Foto: Jarand Ullestad/LNU.
The post NAYO nümayəndəsi LNU-nun İdarə Heyətində appeared first on NAYO.
]]>The post Holmenkollstafeti 2018 appeared first on NAYO.
]]>Norveçə yaz gəlir və idmanla məşğul olmaq üçün ən gözəl zamandır! NAYO Holmenkollenstafetten 2018-də ilk dəfə iştirak etmək niyyətindədir. Həyəcanlıyıq və komandamıza idmançılar axtarırıq. Bu Oslonun ən məşhur idman tədbirlərindən biridir. Yalnız ildə bir dəfə tələsin! Yerlərimiz məhduddur!
The post Holmenkollstafeti 2018 appeared first on NAYO.
]]>The post “Beynəlxalq Novruz” festivalı. 18/03/2018, Oslo appeared first on NAYO.
]]>Novruz “Yeni gün” deməkdir və dünyada 300 milyon insan (Qara dəniz, Balkanlar, Qafqaz, Qərb, Mərkəzi və Cənubi Asiya və İran) tərəfindən qeyd olunan yeni il ənənəsidir. Bayramın kökü minlərlə il əvvələ – Zərdüştlük dininə gedib çıxır və YUNESKO tərəfindən dünyanın qeyri-maddi mədəni irsi kimi qorunur. Norveçdə Novruz bayramını fərqli millətlət ayrı-ayrılıqda qeyd edirdilər. Lakin bu qruplar ilk dəfə NAYO-nun təşəbbüsü sayəsində bir araya gəldi!
2018-ci il martın 18-də Kosmopolit səhnəsində Azərbaycan, İran, Türkiyə, Özbəkistan kimi müxtəlif millətlərdən 200-ə yaxın qonaq qəbul etdik. Bu həmçinin müxtəlif ölkələrdə Novruz adət-ənənələrini müqayisə etmək üçün böyük imkan idi. Novruz hər bir ölkədə özünəməxsus şəkildədir. Norveç-Türk qadın xoru Alaturka, Nigar Qəhrəmanova, Aşıq Cəfər Cəfərzadə və Azərbaycanın tanınmış vokalçısı İlham Nəzərov kimi peşəkar musiqiçilərlə yanaşı, gənc istedadlarımız Edvin Knutsen və Aynaz Mousevi səhnədə Qara Qarayev, Vittorio Monti, Henri Frédéric Schopin, Volfgang Amadeus Mozartın əsərlərini pianoda ifa etdilər. Bizim kiçik üzvümüz Elsayın şeiri ümumiyyətlə tədbirə rəng qatdı.
Festival iştirakçıları Novruz sərgisini ziyafətdə ziyarət edərək Novruz yemək və şirniyyatlarının daddılar. Tədbirdən sonra çox müsbət rəylər aldıq və gələn illərdə bu ənənəni davam etdirməyə davam etdirmək niyyətindəyək. Tədbirdən video və şəkillərə buradan baxa bilərsiniz:
Video: https://www.youtube.com/channel/UC6eLqNSBg6PK8pTt8DFzMtg?sub_confirmation=1
Şəkil: https://photos.app.goo.gl/ojboukBMjgdvYWUs2
The post “Beynəlxalq Novruz” festivalı. 18/03/2018, Oslo appeared first on NAYO.
]]>