NAYO Haqqında.

NAYO Norveçdəki Azərbaycan icması, Azərbaycan və onun mədəniyyətinə maraq göstərən şəxslərə xidmət edən qeyri-siyasi, qeyri-dini və qeyri-kommersiya məqsədli təşkilatdır. Təşkilatın əsas məqsədi üzvlərinin mədəni, elmi və sosial maraqlarını qorumaq istiqamətində işlər görmək və onları təmsil etməkdir. Təşkilatın fəaliyyəti qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik prinsipləri əsasında qurulmuşdur.

Baş Katib.

Əlizamin Cəfərli

Əlizamin Cəfərli


Əziz Dost,

Sizi Norveç Azərbaycanlıları Gənclər Təşkilatının rəsmi saytında - NAYO-da salamlayıram. Bu veb səhifə NAYO tərəfindən təşkil edilən təşəbbüs və tədbirlər, və həmçinin NAYO ilə tərəfdaş təşkilatlar arasında geniş miqyaslı ikitərəfli əlaqələrdən bəhs edir.

Bizim missiyamız üzvlərimizin hüquqlarını qorumaq və onların maraqlarını təmin etməkdir. 2006-cı ildən etibarən Norveçdə fəaliyyət göstərən bu nəcib missiyanı böyük qayğı və diqqətlə yerinə yetiririk. Təşkilatımız haqqında daha ətraflı məlumat əldə edərkən və əməkdaşlıqlarlar qurarkən, sizə yardım etməkdən qürur duyarıq.

Səhifəmizi ziyarət etdiyin üçün təşəkkürlər!

Əlaqə saxla

Təşkilatımızın Tarixi.

Əsasın Qoyulması.

NAYO 2006-cı ildə Osloda Ramil Əliyev adlı gəncimizin rəhbərliyi bir qrup gənc tərəfindən yaradılıb.


Tarix

İlk Üzvlərimiz.

NAYO bütün azərbaycanlıları ilk dəfə Norveçdə birlikdə almağa müvəffəq olan ilk uğurlu layihə idi. Təşkilata buraya əsasən təhsil almaq üçün buraya gələn gənc və dinamik tələbələr rəhbərlik edirdi. Onları birləşdirən bircə ideya var idi - Sovet İttifaqı dağıldıqdan sonra yeni müstəqil olan Azərbaycanı Norveç cəmiyyəində tanıtmaq.


Tarix

Genişlənmə.

Artıq 2011-ci ildə NAYO LNU - Norveç Uşaq və Gənclər Şurası və Oslo'daki UngOrg - Uşaq və Gənclik Təşkilatları Birliyində tam üzv idi. 2013-ci ildə NAYO hər Norveçdə hər hansı bir çoxmədəniyyətli uşaq və gənclik təşkilatının nail ola biləcəyi ən böyük uğura imza atdı. Norveçdəki ilk ümummilli çoxmədəniyyətli gənclər təşkilatlarından biri olan NAYO Norveçin Uşaq, Bərabərlik və Sosial İnteqrasiya Nazirliyinin nəzdində fəaliyyət göstərən Təyinat Komitəsindən (Fordelingsutvalget) dəstək almağa başladı.


Tarix

NAYO Bugün.

Bu gün NAYO Norveçdə 5 filkedə (inzibati ərazi bölgüsü) 6 filialı olan ən aktiv uşaq və gənclər təşkilatlarından biridir. Hal-hazırda biz aşağıdakı ölkələri əhatə edirik: - Oslo (2 filial), Hedmark (1), Vest-Agder (1), Rogaland (1), Hordaland (1). Əsas ofisimiz SAIFF - Sagene Multikultural və Könüllülük Mərkəzində (Drøbakgata 1, 0858 Oslo) yerləşir və hamı bizi orada çəkinmədən ziyarət edə bilər.


Tarix

Missiya və Dəyərlərimiz.

Missiyamız Norveç könüllülük, uşaq və gənclər hərəkatına öz töhfəmizi verməkdir.

Biz uşaq və gənclərimizlə məsuliyyət, etimad və özünə inam mühitini inkişaf etdiririk. Biz iddialı, ruhlandırılmış gənc nəslin inkişafı üçün işləyirik. Biz çox gənc həyatın yaşadığı cəmiyyətin qaranlıq yaralarını aradan qaldırmaq və sağaltmağa çalışırıq.


Bizə Qoşul.

Fərq etməz nədir, bizə sizin istedadınız və bacarığınız lazımdır! Düşünürük ki, hər bir Fərq könüllü insanımız dəyərləndirilməli, dəstəklənməli və qiymətləndirilməlidir. Xidmətlərimizi inkişaf etdirmək və daha geniş ictimaiyyətə çatmaq üçün sizin kimi könüllülərimizdən asılıyıq.