Iki dahi şəxsin adının əbədiləşməsində sənin də payın olsun!

AdminXəbərlər & TədbirlərLeave a Comment

İKİ DAHİ ŞƏXSİYYƏTİN ADININ ƏBƏDİLƏŞMƏSİNDƏ SƏNİN DƏ PAYIN OLSUN! BUNUN ÜÇÜN ÇOX AZ VAXTIN ( NOYABRIN 30-DƏK) VAR!

Rusiyada 45 hava limanına ölkənin dahi şəxsiyyətlərinin adlarının verilməsi ilə əlaqədar konkurs elan edilib. Bu konkursda Rusiyanın tarixində həyati əhəmiyyətli rol oynamış iki nəfərin Fərman Salmanov və Sabit Orucovun da adları daxil edilib. Konkurs noyabrın 30-da bitir.
Səs vermə çox sadədir: ya iki sosial şəbəkə ya da ki Rusya nömrəsi olanlar isə sms vasitəsilə verə bilərlər. Rus nömrəsi olmayanlar belə iki sosial şəbəkədən 1-2 dəqiqə ərzində qeydiyyatdan keçə və səsvermədə iştirak edə bilərlər.Bir şəxs yalnız bir səs verə bilir.
Bu səsverməyə daha çox şəxs cəlb etmək üçün bunu virtual və real həyatda da təbliğ etməyiniz çox yaxşı olardı. yalnız bu elan oxumaqla deyil eyni zamanda buna səs vermək və digərlərini buna cəlb etməklə tövhə verə bilərsiniz. Bu yalnız 2-3 dəqiqə vaxt apatacaq lakin iki dahi şəxsiyyətin adı əbədiləşəcək.

Sabit Orucovun adı Novıy-Urenqoy (qeyri rəsmi olaraq Rusyanın qaz paytaxtı adlanır) şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını seçib səs verə və bu aeroportda onun adını əbədiləşdirə bilərsiniz.
https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/noviyurengoy

Fərman Salmanovun adı Nijnevartovsk şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır. Onun adını seçib səs verə və bu aeroportda onun adını əbədiləşdirə bilərsiniz.
https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/nignevartovsk

Please follow and like us: