Azərbaycnalı tələbələr Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak ediblər

AdminXəbərlər & TədbirlərLeave a Comment

Hər yay Azərbaycanlı tələbələrdən ibarət nümayəndə heyəti Osloya məşhur yay məktəbində iştirak etmək üçün təşrif buyururlar. Sevindirici haldır ki, bu il də istisna olmadı. Düşünürük ki, Norveç təcrübəsinin öyrənilməsi və daha sonra Azərbaycanda bölüşülməsi gənc tələbələrimiz üçün əla fürsətdir. Tələbələrimiz Oslo Universitetində tədris olunan maraqlarına uyğun müxtəlif kurslar götürmək imkanı əldə etmişlər. Beynəlxalq Yay Məktəbinin bizim üçün əhəmiyyəti bir neçə il öncə tələbə mübadiləsinin kəskin azalmasına səbəb olan Quota proqramının Azərbaycanlı tələbələr üçün dayandırılmasından sonra daha da artmışdır.

Beynəlxalq Yay Məktəbinin zirvəsi sayılan beynəlxalq mədəniyyət gecəsi bu il 27 iyul tarixində keçirildi. NAYO-nun dəstəyi ilə Sevil Abbaslizadə, Mirmehdi Ağazadə, Aydan Süleymanzadə, Ülkər Əliyeva və Cananə Əhmədlinin rəhbərliyi ilə nümayəndə heyətimiz (Əməkdaşlığa görə hər birinə xüsusi təşəkkürümüzü bildiririk) Azərbaycana aid stend qurmuş və milli mətbəximizdən nümunələri qonaqlara və yay məktəb iştirakçılarına təqdim etmişlər. Əsil komanda işi və qətiyyətin nəticəsi idi ki onlarla ölkənin iştirak etdiyi tədbirdə ən uzun növbələrdən biri məhz Azərbaycan sərgisində oldu! 😉 Tədbir daha sonra musiqi və rəqslə davam etmişdir.

Biz bütün tələbələrimizə təhsillərində uğurlar arzu edir və növbəti ildə də yeni tələbələri səbirsizliklə gözləyirik. Beynəlxalq mədəniyyət gecəsindən çəkdiyimiz fotolardan ibarət slaydşounu isə sizə təqdim edirik (Slaydşou işləmədiyi təqdirdə şəkilin üzərinə tıklayın):

International Cultural Evening at University of Oslo. 27/07/2018, Oslo, Norway

Please follow and like us: