NAYO Ukraynada səfərdə!

AdminXəbərlər & TədbirlərLeave a Comment

13-17 aprel 2018-ci ildə Norveç uşaq və gənclər təşkilatlarından ibarət nümayəndə heyəti vətəndaş cəmiyyətini tanımaq və yeni tərəfdaşlar tapmaq üçün Ukraynaya səfər etdi. Sevindirici haldır ki, baş katibimiz Əlizamin Cəfərli NAYO adından bu səfərə qoşulmuşdu. Qeyd etməliyik ki, bütün çətinliklərə baxmayaraq, Ukraynalı gənclər və QHT-lərin qətiyyət və fəaliyyəti bizi çox təəccübləndirdi! Beş gün ərzində çox sayda Ukraynalı vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdük. Kiyevdə Norveç Krallığının Ukraynadakı səfirliyi, Norveç Helsinki Komitəsi, Ukrayna Milli Gənclər Şurası – NYCU, Ukrayna Milli Uşaqlar Şurası, Go Global, Həmrəy Gənclik, İslahatlar Reanimasiya Paketi, Demokratik Gənclər Alyansı və parlament üzvü cənab Serhiy Leşçenko, Avropa Birliyinin Ukraynadakı nümayəndəliyi və cənab Jurgis Vilcinskas tərəfindən bizə göstərilən qonaqpərvərliyə görə öz təşəkkürümüzü bildiririk.

Bundan əlavə, NAYO SAMU – Ukrayna Azərbaycanlı Gənclər Birliyi ilə görüşlərindən xüsusilə məmnun qaldı. NAYO-nun baş katibi Əlizamin Cəfərli sədr İlhamə Allahverdiyeva və gənc liderlər Orxan Səfərov və Könül Əliyeva ilə yaxın gələcəkdə əməkdaşlıq imkanlarını müzakirə etdi. Sonda iki tərəf arasında əməkdaşlıq müqaviləsinin imzalanması qərara alındı.

Səyahət yüzdən artıq Norveçli uşaq və gənclər təşkilatlarını özündə birləşdirən LNU – Norveç Uşaq və Gənclər Şurası tərəfindən təşkil olunmuşdu. Sonda, layihə liderləri Erik Scheriner Evans və Hilde Sandvær və gözəl Norveç nümayəndə heyətimizə bu gözəl təcrübə üçün təşəkkür edirik. NAYO Norveçli gəncləri LNU-nun təkliflərindən istifadə etməyə həvəsləndirir və lazım olarsa məsləhətləşmələrlə yardım etməyə hazırdır.

 

 

 

 

 

 

 

 


Please follow and like us:
error