NAYO nümayəndəsi LNU-nun İdarə Heyətində

AdminXəbərlər & TədbirlərLeave a Comment

Uşaq və Gənclər Assambleyası (BUT) LNU – Norveç Uşaq və Gənclər Təşkilatları Şurasının ən ali qanunverici orqanı olmaqla yanaşı, bütün üzv təşkilatlar üçün görüş yeridir. BUT18 20 və 21 aprel tarixlərində Sundvollendə keçirilmişdi və bir qayda olaraq, bütün LNU üzv təşkilatları maksimum iki nümayəndə ilə iştirak edə bilərdilər.

2018-ci il Uşaq və Gənclər Assambleyasında daha yaxşı fəaliyyət çərçivəsi, təhlükəsiz təşkilatlar və sülh proseslərində gənclərin iştirakı kimi mövzular müzakirə olundu. Lakin BUT18 NAYO üçün xüsusi tarixi  hadisə oldu. Tariximizdə ilk dəfə NAYO-nun nümayəndəsi Əlizamin Cəfərli LNU İdarə Heyətinə seçildi! Qeyd edək ki, bu ilin mart ayında NAYO-nun digər nümayəndəsi Aysu Acar Oslo şəhərindəki 50-dən çox təşkilat üçün əhəmiyyətli platforma olan UngOrg – Oslo Uşaq və Gənclər Təşkilatları Şurasının idarə heyətinə üzvü seçilmişdi. Təbrik edirik, NAYO!

LNU-nun yeni İdarə Heyəti. Soldan: Ann Helen Skaanes, Svend Aspaas, Tor-Martin Torbergsen, Simon Skjerven, Alizamin Jafarli, Anges Skagermo, Benjamin Skiaker Mystad və Hilde Sandvær. Öndə: Sədr Rode Hegstad. Isa Isene, Hedda Gudim və  Magnus S. Strømseth foto çəkilişində iştirak etməyiblər. Foto: Jarand Ullestad/LNU.

Please follow and like us:
error